📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir Jurnalist öldürüldü

2024-07-01 14:12:17

Daha bir Jurnalist öldürüldü

Qəzza hökumətinin yazılı  açıqlamasında İsrailin hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında öldürülən jurnalistlər haqqında məlumat verilib.

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində "Şəms"informasiya agentliyində çalışan jurnalist Məhəmməd Mahmud əbu Şəriə həlak olub.

Bəyanatda bildirilir ki, İsrail ordusunun hücumları nəticəsində Qəzza zolağında öldürülən jurnalistlərin sayı 7 oktyabr 2023-cü ildən bəri 153-ə yüksəlib.

Başqa bir  media açıqlamasında İsrailin "Fələstinin səsini susdurmaq, həqiqətləri gizlətmək və xəbərlərin və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmaması üçün Qəzzadakı jurnalistləri qəsdən öldürdüyünü"qeyd edib.