📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir ölkə 4 günlük iş rejiminə keçdi

2023-06-05 21:10:00

Daha bir ölkə 4 günlük iş rejiminə keçdi

Portuqaliyada iyunun 5-dən qüvvəyə minən fərmana əsasən, könüllü iştirak etmək istəyən işəgötürənlər və işçilər üçün həftəlik işin 4 günə endirilməsi praktikasına başlanılıb.

Bu barədə Əmək, Sosial təminat və Həmrəylik naziri Ana Mendes Qodinyo bildirib.

Bu gündən etibarən 100 şirkət həftənin 4 günü işləməyə başlayıb.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə 350 min avroya başa gələcək bu proqramın büdcəsi pilot təcrübədə 100-ə yaxın şirkətin iştirakı ilə Məşğulluq və Peşə Təhsili İnstitutu tərəfindən qarşılanacaq. 

Şirkətlər həftədə 4 gün iş modelindən əvvəl, iş zamanı və sonra şirkət və personalla bağlı məhsuldarlıq, izafi xərclər, işçilərin rifahı kimi məsələlər barədə nazirliyə məlumat verəcəklər. \\Ölkə.Az