Daha bir ölkə "Bayraktar" aldı
2023-05-06 22:50:00
Kosovo ordusuna beş ədəd "Bayraktar TB2" pilotsuz uçuş aparatı (PUA) təhvil verilib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə "Klan Kosova" nəşri məlumat yayıb.
Bildirilib ki, PUA-ların alınması barədə müqavilə 7 ay əvvəl Kosovonun müdafiə naziri Armend Mehaj tərəfindən imzalanıb.
Məlumata görə, Kosovonun PUA-lara olan marağı Ukraynada müharibənin başlamasından sonra yaranıb. Türkiyə istehsalı "Bayraktar TB2" PUA-ları müharibənin əvvəlində Ukrayna ordusu tərəfindən aktiv istifadə edilib. \\Redaktor.az