Daha bir ölkə Fələstin dövlətini tanıdığını bəyan etdi
Hurriyyet.az xəbər verir ki, Yamayka hakimiyyəti Fələstin dövlətini tanımağı qərara alıb. Bu barədə açıqlamanı ölkənin Xarici İşlər Nazirliyi verib.
Nazirliyin açıqlamasında deyilir: "Yamayka hökuməti Fələstin dövlətini tanımaqla, BMT-nin Fələstini artıq tanımış olan 140 dövlətinə qoşulmağı qərara alıb".
Yamaykanın xarici işlər naziri Kamina COnson Smit deyib: "Yamayka uzunmüddətli münaqişənin ikidövlətlilik əsasında həlli, İsrailin təhlükəsizliyi və fələstinlilərin ləyaqət və hüquqlarının müdafiəsi təminatının tərəfdarı kimi çıxış etməyə davam edir".
Hazırda BMT-nin üzvü olan 193 dövlətdən 140-ı Fələstini müstəqil dövlət kimi tanıyır. Dünyanın 95 ölkəsində Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri var.
Hürr Tərcüman,
Hurriyyet.az