Daha bir ölkə Türkiyə "Bayraktar"ını alır
2021-10-27 22:54:00
Vətən müharibəsinin gedişatında əhəmiyyətli rol oynayan Türkiyənin "Baykar” şirkətinin istehsal etdiyi "Bayraktar-TB2" silahlı pilotsuz uçuş aparatlarını (SİHA) daha bir ölkə alır.
"Baykar” şirkəti "Bayraktar-TB2" SİHA-larını adı açıqlanmayan ölkəyə tədarük edilməsi ilə bağlı müqaviləni imzalayıb.
Bununla da "Bayraktar-TB2" SİHA-larının ixrac edildiyi ölkə sayı 13-ə çatıb. \\Manşet.az