📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir ölkə vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

2022-09-28 23:00:00

Daha bir ölkə vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Bu haqda Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs açıqlama yayıb:

“Hazırda Rusiya Federasiyasında olanlar ölkəni mümkün qədər tez tərk edin. Bu çağırış beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq edilib”.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Moskvadakı səfirliyi öz rəsmi saytında ölkəsinin vətəndaşlarına müraciət dərc edərək vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb. \\Gundem.az