Daha bir ölkədə düyü ixracı qadağan edildi
2023-07-29 11:17:00
Hurriyyet.az xəbər verir ki, Hindistandan sonra da Birləşmiş Ərəb Əmirlikləri də ölkədən düyü ixracını qadağan edən qərar verib. Qərar bu gündən qüvvəyə minir. Qadağan 4 ay qüvvədə olacaq və lazım gələrsə, avtomatik şəkildə müddəti uzadılacaq.
Qərarın verilməsinə səbəb ölkə daxilində təklifin azalmasına və düyünün bahalaşmasına imkan verməməkdir.
Hürr Tərcüman