📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir ölkədə güclü zəlzələ OLDU

2023-09-22 21:58:04

Daha bir ölkədə güclü zəlzələ OLDU

İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Hurriyyet.Az  xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 km cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 161 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.\\Gundem.az