📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir Qarabağ Qazisi İNTİHAR YOLUNU SEÇDİ... - MALƏSƏF...

2022-09-02 12:01:00

Daha bir Qarabağ Qazisi İNTİHAR YOLUNU SEÇDİ... - MALƏSƏF...

Bakıda qazi intihar edib.

Hurriyyet.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

33 yaşlı Ruslan Aleksandrovic Ardatyev yaşadığı mənzildə boğazını kəsərək ölüb.

Hadisənin səbəbləri hələlik bilinmir.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan Ruslan Ardatyev 44 günlük Vətən müharibəsində iştirak edib.

O, "Kəlbəcərin işğaldan azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Qeyd edək ki, bu barədə ilk məlumatı haqqin.az saytı yayıb.