📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir təyyarə qəzası - Pilot öldü

2025-08-30 20:08:41

Daha bir təyyarə qəzası - Pilot öldü

Rusiyanın Tambov vilayətində yüngülmühərrikli təyyarənin eniş etməsi zamanı pilot ölüb.

Hurriyyet.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olan hava nəqliyyatının hərəkəti və istismarı təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.