📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir uşaq qızılcadan öldü

2024-02-08 12:50:32

Daha bir uşaq qızılcadan öldü

Astara rayonunda azyaşlı qızılcadan ölüb.

Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev 4 gün əvvəl yaxınları tərəfindən qızdırma əlamətləri ilə xəstəxanaya aparılıb.

Müalicə təyin edilən azyaşlı evə buraxılıb. Dünən isə yaşadığı evdə hərarəti yüksələn uşaq vəfat edib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

qafqazinfo.az