Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
2026-11-21 19:59:22
Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sağlamlığını itirən daha bir qəhrəmanımız Samir Məmmədov müharibədə aldığı xəsarətlər nəticəsində hərəkət məhdudiyyətinin olmasına baxmayaraq, əzmi və iradəsi ilə aktiv həyata doğru addım atmağı bacarıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakı Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunan qazimiz əlilliyini geridə qoyaraq əmək qabiliyyətini də bərpa edib.
Hazırda restoran meneceri vəzifəsində çalışan S.Məmmədov keçdiyi uğur yolunu belə xatırlayır: " Bura gələnə qədər mənim bir müharibə yolum olub və hətta inanmayacaqsınız, mənim əlilliyim də olub"