📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir vətəndaşımız MİNAYA DÜŞDÜ

2022-01-18 21:31:00

Daha bir vətəndaşımız MİNAYA DÜŞDÜ

Goranboy sakini minaya düşüb.

Hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb.

Kənd icra nümayəndəliyindən yerli büroya verilən ilkin məlumata görə, 26 yaşlı Vüqar Məmmədov çaydan su içmək istəyərkən hadisə baş verib.

Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və sağ ayağının amputasiya olunduğu deyilir. \\ BAKU.WS