📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir vəzifəli şəxs barəsində həbs qərarı çıxdı

2022-12-06 09:14:00

Daha bir vəzifəli şəxs barəsində həbs qərarı çıxdı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda rüşvət almada təqsirləndirilən E.Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hurriyyet.az pravda.az-a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyun 33 ha torpaq sahiəsinin icarəyə verilməsi üçün vətəndaşdaşdan 7 min manat rüşvət alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib. Daha sonra vətəndaş Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.