📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir xəstəxananın baş direktoru barəsində cinayət işi başlanıldı

2021-08-26 11:45:00

Daha bir xəstəxananın baş direktoru barəsində cinayət işi başlanıldı

“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb.

HURRİYYET.az xəbər verir ki, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib. Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.

/konkretaz/