📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Daha böyük müharibənin astanasındayıq” - Vuçiç

2026-08-10 11:14:31

“Daha böyük müharibənin astanasındayıq” - Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç Avropada uzunsürən müharibə olacağını proqnozlaşdırıb.

Hurriyyet.Media TASS-a istinadən xəbər veriri ki, o, Ukraynada sülh üçün diplomatik addımların atılmadığını bildirib.

“Sülh cəhdləri olmadı və yaxın vaxtlarda da olmayacaq. Bu isə o deməkdir ki, biz daha böyük müharibənin astanasındayıq”, - deyə Vuçiç vurğulayıb.

Serbiya lideri hərbi əməliyyatların tezliklə bitməyəcəyini qeyd edib:

“Mən müharibənin bu il və ya gələn yazdan əvvəl yekunlaşacağını görmürəm”.