📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha iki məmur işdən çıxarıldı - Məsuliyyətə cəlb edildi

2023-07-06 12:56:00

Daha iki məmur işdən çıxarıldı - Məsuliyyətə cəlb edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın və Cəlilabad şöbəsinin müfəttişləri cinayət məsuliyyətinə cəlb edilib.

Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, Laçın Hərbi komissarlığının müfəttişi Ramil Həsənov və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri maddəsi ilə təqsirləndiriliblər.

Onlar barəsində məhkəmə qərarı ilə vəzifələrindən kənarlaşdırma şərtilə polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Xaçmaz rayonunun hərbi komissarı rüşvət alma ittihamı ilə həbs edilib.