📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Daily Telegraph" : Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıyacaq

2023-01-03 12:44:00

Britaniya hakimiyyəti yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı kimi tanımağa hazırlaşır. Bu barədə "Daily Telegraph" xəbər verir.

Qəzetin yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı siyahısına salınması halında bu təşkilata üzv olmaq, həmçinin onun fəaliyyətində iştirak etmək, onun simvollarını daşımaq və fəaliyyətini dəstəkləmək Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək.

Ülviyyə, Hurriyyet.az