"Daim hər şeyə mız qoyan adamlara yazığım gəlir" - NATİQ CƏFƏRLİ
"Onlar düşünürlər ki, hamı müxalif düşüncədə olmalı, hakimiyyəti tənqid etməli, özlərini "əjdahanın ağzına" atmalıdırlar, bu, çox yanlış, hətta zərərli düşüncədir"
"Ölkədə bəlli bir çevrə var, nədənsə düşünürlər ki, hamı qəhraman olmalıdır, aktyorlar, müğənnilər, alimlər, yazıçılar müxalif düşüncədə olmalı, hakimiyyəti tənqid etməli, özlərini "əjdahanın ağzına" atmalıdırlar". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.
Politoloqun qənaətincə, bu, çox yanlış, hətta zərərli düşüncədir: "Həm də, o çevrə müxalifətçiliyin elmi olaraq nədən ibarət olduğunu da bilmir. Ən qəribəsi budur ki, bütün mərhumiyyətlərə, problemlərə baxmayaraq, bu ölkədə siyasətlə məşğul olub həqiqəti deməyə çalışanlara elə eyni dar çevrə "vedrə bağlamağa" başlayır, həmin insanlar həbs olunanda məhkəməsinə belə, gəlmirlər, maddi problem yaşayanda 1 manat belə yardım etmirlər. Deyirsən siyasətə qatıl, partiyalara üzv ol, qorxusundan bunu etmirlər. Bax, belə "veçnı" hər şeyə mız qoyan adamlar var və mənim onlara yazığım gəlir, çünki elə insanlar xoşbəxt deyillər, ola da bilmirlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az