Dalinin üz qabığını hazırladığı kitab oğurlandı
2026-10-06 13:08:47
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin “Apokalipsis” əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb.
Hurriyyet.net RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb.
1958-1961-ci illərdə hazırlanmış kitabın çəkisi 210 kq-dır. Onun üz qabığı tuncdan hazırlanıb və qiymətli daşlarla bəzədilib. Nəşrin dəyəri bir neçə milyon avro olaraq qiymətləndirilir.
Kitab Vəftizçi İohanın “Vəhy” kitabı əsasında tək nüsxədə nəşr edilib.
Oğurluğun hansı şəraitdə baş verdiyi açıqlanmayıb.