📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dana, quzu və toyuq əti kəskin bahalaşdı – Qiymətlər

2022-10-11 12:10:00

Dana, quzu və toyuq əti kəskin bahalaşdı – Qiymətlər

Bakıda ətin qiymətləri kəskin bahalaşıb.

Hurriyyet.az xəbər verir ki, hazırda qəssabxanalarda sümüklü dana əti 13 manatdan 14-15 manata, sümüksüz dana əti isə 15 manatdan 16-17 manata qalxıb.

Quzu əti 16 manata satılır.

Ən çox bahalaşma toyuq ətində müşahidə olunur. Belə ki, “kənd toyuğu” adı ilə satılan toyuq artıq 9-10 manata təklif edilir. İndiyə qədər 6-7 manat idi.

axar.az