Danilov: Qalib gələcəyik və BMT dağılacaq!
2022-03-14 09:07:00
Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra BMT-nin indiki formada mövcud olacağına şübhə edirəm.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
"Xatırlatmaq istəyirəm ki, 1939-cu ildə hələ də Millətlər Cəmiyyəti kimi bir qurum var idi, sonra o, fəaliyyətini dayandırdı. Ona görə deyə bilərəm ki, mütləq qalib gələcəyimiz bu müharibədən sonra BMT-nin hazırda mövcud olduğu formada qalıb-qalmayacağı böyük sual altındadır. Çünki ölkəmiz BMT-nin yaradıcısıdır. Əgər BMT təsisçi olan ölkəni qoruya bilmirsə, nə edə bilər?”