Danimarka Baş nazirindən HƏYƏCAN SİQNALI: "Ukraynanın pulu artıq BİTİB"
2026-10-16 16:11:28
Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynanın maliyyə resurslarının tamamilə tükəndiyini və ölkənin kritik vəziyyətlə qarşılaşdığını bəyan edib.
Musavat.com xəbər verir ki, Danimarka hökumətinin rəhbəri Kiyevin hazırda böyük maliyyə böhranı yaşadığını kəskin şəkildə dile gətirib.
Mette Frederiksen öz bəyanatında vurğulayıb: "Ukraynanın pulları bitir. Əslində bu artıq baş verib. Ukrayna özünə lazım olanları ala bilmir. O, ehtiyacı olan məhsul və silahları özü də istehsal etmək iqtidarında deyil".
Danimarka Baş nazirinin bu həyəcanlı açıqlaması Kiyevə Qərb tərəfindən ayrılan hərbi və iqtisadi yardım paketlərinin gecikməsi fonunda Ukrayna cəbhəsində və iqtisadiyyatında yaranan ciddi problemləri növbəti dəfə gözlər önünə sərir.