Danimarka öz ordusunu tərk-silah edib Ukraynanı silahlandırır
2024-02-19 11:14:10
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Danimarkanın Baş naziri Mette Federiksen ölkənin bütün artilleriya silahlarını Ukraynaya bağışlamağa qərar verdiklərini bildirib.
Frederiksen bu açıqlamanı Almaniyada keçirilən 60-cı Münhen konfransı çərçivəsində keçirilən, 7-ci Ukrayna naharında, Rusiya-Ukrayna müharibəsi ilə bağlı çıxışında verib.
Frederiksen deyib: "Hazırda istifadəsinə ehtiyacımız olmayan hava müdafiə sistemimizi də Ukraynaya verəcəyik".
Frederiksen Avropada hələ də hərbi silah-sursatın qaldığını, Ukraynaya yardımların "sürətlənməsi və artırılmasının" lazım olduğunu vurğulayıb.
Hürr Tərcüman