📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Danimarka öz vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq etdi

2023-05-05 14:21:00

Danimarka öz vətəndaşlarına İrana səfərlə bağlı xəbərdarlıq etdi

Danimarkanın Xarici İşlər Nazirliyi mayın 3-də ölkə vətəndaşlarına və İran-Danimarka ikili vətəndaşlığı olanlara İranlıların ümummilli etirazlarına görə İslam Respublikası və bu ölkədə təhlükəsizlik vəziyyətinin tamamilə qeyri-sabit olmasına görə, İrana səyahət etməkdən ciddi şəkildə çəkinməyə çağırıb.
Bildirilir ki, son vaxtlar bir neçə dəfə Avropa vətəndaşlığı olan şəxslər İranda əsassız şəkildə həbs ediliblər və ya onların ölkəyə giriş-çıxışının qarşısı alınıb.
Elanda qeyd edilir ki, İran hakimiyyəti bu şəxsləri sırf Tehrana tabe hesab etdiyi üçün belə hallarda konsulluq xidmətlərinin göstərilməsi “ciddi şəkildə qeyri-mümkündür”.
.

Ülviyyə, Hurriyyet.az