Danimarka polisi Qurani Kərimi qorumaq istəyən qadını döydü - VİDEO
2023-07-27 10:26:00
Hurriyyet.az xəbər verir ki, Danimarkada polis əməkdaşları müqəddəs Qurani Kərimin yandırılmasının qarşısını almaq istəyən qadını saxlayıblar. Qurani Kərimi yandırmağa hazırlaşan mənəvi terrorçunu mühafizə edən polislər yaxınlıqdan keçən və vandalizm aktının gerçəkləşməsinə mane olmağa, kitabı xilas eləməyə çalışan qadının qollarını buraraq asfalta yıxıblar və onu vurublar. Kitab isə bloggerə qaytarılıb.
Vİdeoda bloggerin müqəddəs kitabın üzərinə ayaqqabı qoyduğu görünür ki, bu da təhqirdir.
Son bir ayda Danimarkada dəfələrlə müqəddəs kitabı yandırma aksiyaları keçirilib.
Hürr Tərcüman