📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Danışaq?” layihəsinin növbəti buraxılışında Ukrayna müharibəsi müzakirə olunub

2024-08-09 20:08:25

“Danışaq?” layihəsinin növbəti buraxılışında Ukrayna müharibəsi müzakirə olunub

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.

Podkastın qonağı Ukraynada yaşayan jurnalist Əkbər Həsənov olub.

Jurnalist Ukraynada müharibənin başlaması və hazırda ölkədə münaqişə şəraitində həyatın necə olmasından bəhs edib.

Həmçinin demoqrafik və humanitar böhran, müharibə dövründə təhsil sistemində yaranan problemlərə də toxunulub.

H.Həmidov ukraynalı qonaqla ordudan yayınma problemi və ukraynalıların döyüşləri davam etdirməyə hazır olmasını, o cümlədən sülh yolu ilə nizamlanma perspektivlərini, müharibədən sonrakı bərpanı və ABŞ-nin bölgədə cərəyan edən hadisələrə təsirini də müzakirə edib.

 

Report.Az