Danışıqlar başlanıb
2023-03-15 15:23:00
Hurriyyet.az xəbər verir ki, Kremldə Rusiya Prezidenti Vladimir Putin ilə suriyalı həmkarı Bəşər Əsəd arasında danışıqlar başlanıb. Bu barədə məlumatı Rusiyanın “Zvezda” telekanalı verib.
Tərəflərin iki ölkə arasında çoxtərəfli əməkdaşlıq və Suriyadakı vəziyyətin nizamlanması məsələlərini müzakirə elədikləri bildirilir.
Hürr Tərcüman