📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daşkənd hava limanında güclü partlayış baş verdi

2023-09-28 11:44:55

Daşkənd hava limanında güclü partlayış baş verdi

Özbəkistanın paytaxtı Daşkənddə yerləşən hava limanının gömrük anbarı ərazisində güclü partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, partlayış hadisə baş verən yerdən 30 kilometr aralıda hiss olunub. Zərərçəkmişlər xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 16 yanğınsöndürmə və xilasetmə briqadası cəlb olunub.

İlkin ehtimala görə, yanğın anbara ildırım düşməsi nəticəsində baş verib.