📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daşkənddə partlayış baş verib

2023-09-28 09:40:39

Daşkənddə partlayış baş verib

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində bir şirkətin anbarında güclü partlayış baş verib, yaralananlar var. Bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi verib.

Sosial şəbəkələrdə hadisə ilə bağlı təsvirlər paylaşılıb.

Partlayışın səbəbi və zərərçəkənlərin sayı hələlik bəlli deyil.

Hürr Tərcüman