📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daşqınlardan sonra Nyu-York küçələri - Video

2026-08-22 13:17:31

Daşqınlardan sonra Nyu-York küçələri - Video

Nyu-Yorkda güclü yağışlar daşqınlara səbəb olub.

Hurriyyet.media  xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.

Belə ki, güclü yağışlar Nyu-York küçələrini su altında qoyub və nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.

Su “Penn Station” vağzalına da çatıb, pilləkənlərdən birbaşa platformaya axan su kütləsi bir neçə metro xəttində işin gecikməsinə səbəb olub.

Daşqın səbəbindən Bruklindəki magistral yollardan biri bağlanıb. Sinoptiklər Nyu-York və qonşu Nyu-Cersi ştatında növbəti daşqınların mümkünlüyü barədə xəbərdarlıq edirlər.