📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video

2026-08-20 22:52:59

“Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video

Abşeron rayonunda 31 yaşlı Rasif Abdullayevin ölümü ilə nəticələnən hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, o, tanımadığı şəxslərlə mübahisə edib və nəticədə qətlə yetirilib.

Mərhumun qohumu Vüsal Abdullayev hadisə barədə danışıb.

“Rasifin adı indiyə qədər heç bir pis əməldə hallanmayıb. Hadisə baş verən ərazidən keçərkən burada bir münaqişənin olduğunu görüb maşınını saxlayıb. Tərəfləri ayırmağa, sakitləşdirməyə çalışıb. Bu zaman ona iki bıçaq zərbəsi vurulub – biri ürəyindən, digəri isə ciyərindən. Qonşulardan eşitmişik ki, bıçağı bura gətirən də, onu Rasifə verən də Ayxan olub”, – o deyib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Ayxan Aslanov və 20 yaşlı Ceyhun Cəbrayılov saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı “Baku TV”nin süjetində: