Davam edir 37 – Krım tatarları “terrorçu” damğası ilə həbs edildilər
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Rusiyanın hərbi məhkəməsi 4 nəfər Krım tatarına 12 ildən 17 ilə qədər müxtəlif müddətlərdə həbs cəzası verib.
Ukrayna parlamentinin İnsan Hüquqları Komitəsinin sədri Lyudmila Denisovanın açıqlamasında məhkəmənin 4 nəfəri terror ittihamı ilə mühakimə elədiyi bildirilir. Məhkəmə Seyitömər Seyitömərova 17, Osman Seyitömərova 14, Rüstəm Seyitömərova 13, Amet Süleymanova 12 il həbs cəzası verib.
Ukraynanın Xarici İşlər nazirinin müavini Emine Ceppar “Tvitter”dəki açıqlamasında Krım tatarlarının yarımadada sistemli şəkildə zülmə məruz qaldığını bildirib.
Krım tatarlarının absurd ittihamlarla uzun müddətə zindanlara atıldıqlarını bildirən Ceppar məhkəmənin qanunsuz qərarını pislədiklərini qeyd edib. O, qərara etiraz edən 30 nəfər aktivistin də tutulduğunu bildirib. Aktivistlərindən 2 nəfəri jurnalistdir.
Hürr Tərcüman