“Davay, rədd ol buradan!” – Paşinyanın çıxışı zamanı ara qarışdı
2026-11-19 11:46:13
Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın çıxışı zamanı müxalifət nümayəndəsi Edqar Kazaryanla parlament rəhbərliyi arasında qalmaqal yaşanıb.
Hurriyyet.net xəbər verir ki, parlamentin spikeri Ruben Rubinyan “Güclü Ermənistan” partiyasının nümayəndəsi Edqar Kazaryanın Paşinyanın çıxışını yerindən şərh etməsinə sərt reaksiya verib.
Rubinyan qəzəblənərək Kazaryana qarşı küçə jarqonundan istifadə edib və onun zalı tərk etməsini tələb edib.
“Sən özün qorxaqsan! Rədd ol buradan! Tez ol, davay, çıx buradan!” – deyə Rubinyan qışqırıb.
Məlumata görə, Edqar Kazaryandan bundan əvvəl də parlament zalını tərk etməsi tələb olunub.