📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

2025-01-22 14:10:29

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.