📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Davudoğlu saçlarını boyayıb? - FOTO

2025-04-18 23:41:43

Davudoğlu saçlarını boyayıb? - FOTO

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun fotosu gündəm olub.

Sabiq baş nazirin sosial mediada paylaşdığı foto birmənalı qarşılanmayıb.

Belə ki, bəzi istifadəçilər Davudoğlunu ABŞ-nin prezidenti Donald Trampa bənzədiblər.

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel ilə çəkdirdiyi fotonu paylaşan Davudoğlu isə saçlarını sarıya boyatdığı iddialarına zarafatla cavab verib:

“Dəyişmədim, dostlar. Eyni Əhməd Davudoğluyam. İşıq oyunlarına aldanmayın, amma bəyəndinizsə, o ayrı məsələdir”, - deyə o qeyd edib.

Metbuat.az