Daxili Qoşunların komandanı saxlanıldı - Bişkekdə səs-küylü həbs
2021-12-21 17:35:00
Qırğızıstan Daxili Qoşunlarının komandanı İslambek Kenjekulov xüsusilə külli miqdarda əmlakın mənimsənilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb.
Hurriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə TASS respublikanın Baş Prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.
“Kenjekulov Daxili Qoşunlarda büdcə vəsaitləri ilə bağlı maliyyə maxinasiyaları işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb”, - deyə məlumatda qeyd olunub.
Mənbə bildirib ki, yaxın vaxtlarda məhkəmə komandan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.