📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dayə bir yaşlı körpəni pəncərədən atdı

2022-06-03 21:30:00

Dayə bir yaşlı körpəni pəncərədən atdı

Hurriyyet.az “Haberqlobal” kanalına istinadla xəbər verir ki, İtaliyanın Modena şəhərində 32 yaşlı italyan dayə 13 aylıq körpəni pəncərədən yerə atdığını etiraf edib.

Monika Santi adlı dayə deyib: “Uşağı tutub pəncərədən aşağı atdım, niyə belə elədiyimi bilmirəm”. Qadın psixoloji problemləri olduğunu söyləyərək deyib: “Çətin zamanlarım idi, ağır tutmam tutmuşdu”.

Qadın özünün psixiatrik müayinədən keçirilməsini tələb edib.

Hadisə ötən çərşənbə axşamı günü baş verib. Santi qətl təşəbbüsündə ittiham edilir.

Körpənin sağ qaldığı, xəstəxanada müalicə aldığı, lakin həyatının hələ təhlükədə olduğu bildirilir.

 

Hürr Tərcüman