DÇ-2022: Azərbaycan - Lüksemburq matçı başladı
2021-11-11 22:01:00
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan yığması Lüksemburq komandası ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu Avstriyadan olan hakimlər briqadası idarə edir. Bakı vaxtı ilə saat 21:00-da başlayan görüş “CBC Sport” televiziya kanalında canlı yayımlanır.
Millimizin yer aldığı A qrupunda Serbiya millisi 17 xalla birinci pillədə qərarlaşıb. Portuqaliya (16 xal) və Lüksemburq (6 xal) ilk üçlükdə yer alırlar. İrlandiya 5 xalla dördüncü, Azərbaycan isə 1 xalla sonuncu yerdədir. \\Virtualaz.org