📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DÇ-2022-nin final mərhələsinin püşkü atıldı

2022-04-01 22:38:00

DÇ-2022-nin final mərhələsinin püşkü atıldı

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının final mərhələsinin püşkü atılıb.

 

Dohadakı püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.

 

Mundialın açılış oyunu Qətər və Ekvador yığmaları arasında baş tutacaq.

 

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland

B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna - Uels cütünün qalibi

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa

D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi, Danimarka, Tunis

E qrupu: İspaniya, Kosta-Rika - Yeni Zelandiya cütünün qalibi, Almaniya, Yaponiya

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

 

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

 

Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

 

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq. \\Qaynarinfo