📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"DÇ-2022"də uğursuzluğa uğrayan Ronaldodan gözlənilməz QƏRAR

2022-12-20 22:31:00

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq niyyətindədir.

Bu barədə məlumatı "Marca" nəşri yayıb. 37 yaşlı forvard hələ millidəki karyerasını başa vurmağı düşünmür. Ronaldonun məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında mübarizə aparmaqdır.

Qeyd olunur ki, Portuqaliyanın DÇ-2022-dəki uğursuzluğu Ronaldo üçün güclü zərbə olub. Forvard bu nəticəni qəbul etməyə çalışır.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində oynayır. Onun son klubu isə ötən ay ayrıldığı "Mançester Yunayted" olub. Ronaldo hazırda azad agent status daşıyır. \\Metbuat