📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DÇ tarixində ilk dəfə! 3 qitədə, 6 ölkədə keçiriləcək

2023-10-05 08:50:27

DÇ tarixində ilk dəfə! 3 qitədə, 6 ölkədə keçiriləcək

Hurriyyet.az xəbər verir ki, FİFA-nın qərarı ilə 2030-cü ildə futbol üzrə dünya çempionatı ilk dəfə olaraq, 3 qitədə keçiriləcək. Bu barədə məlumatı FİFA-nın mətbuat xidməti verib.

Çempionata Cənubi Amerika, Afrika və Avropadan olan 6 ölkə ev sahibliyi edəcək. Belə bir format dünya çempionatlarının 100 illiyinə həsr edilib.

FİFA Prezidenti Canni İnfantino deyib: “2030-cu ildə bizim unikal qlobal tədbirimiz olacaq. Üç qitədən – Afrika, Avropa və Cənubi Amerikadan olan altı ölkə - Argentina Mərakeş, Paraqvay, Portuqaliya, İspaniya və Uruqvay – dünyanı salamlayıb birləşdirərək birlikdə gözəl oyunu, futbol üzrə dünya çempionatlarının yüz illiyini bayram edəcəklər”.

FİFA-dan verilən açıqlamada dünya empionatlarının oyunlarının böyük hissəsinin Avropada və Mərakeşdə keçiriləcəyi bəyan edilib.

Hürr Tərcüman