📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

De Byazi əsəbiləşdi, konfransı erkən tərk etdi - VİDEO

2023-10-14 00:36:53

De Byazi əsəbiləşdi, konfransı erkən tərk etdi - VİDEO

Avro-2024-ün seçmə mərhələsində keçirilən Estoniya - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Canni De Byazinin mətbuat konfransında qalmaqal baş verib.

İtaliyalı mütəxəssis jurnalistin "Estoniyaya qalib gәlsәk dә, etiraf etmәliyik ki,  çoxdandı belә zәif rәqiblә oynamamışdıq..." fikirlərinə qəzəblənib. Suala əsəbi cavab verən De Byazi konfransı erkən tərk edib.

Azərbaycan yığması Estoniyanı 2:0 hesabıyla məğlub edərək, seçmə mərhələdə ilk qələbəsini qazanıb.

 

Futbolpress.az