📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DƏHŞƏT: Canlı yayımda dostunu qətlə yetirdiyini etiraf etdi - VİDEO

2023-12-25 19:46:34

DƏHŞƏT: Canlı yayımda dostunu qətlə yetirdiyini etiraf etdi - VİDEO

Türkiyənin ATV kanalında məşhur aparıcı Müge Anlının təqdimatı ilə yayımlanan verilişdə dəhşətli cinayətin təfərrüatı üzə çıxıb.

Hurriyyet.Az xəbər verir ki, verilişdə 11 gündür axtarışda olan şəxsin meyiti tapılıb.

Məlumata görə, Mustafa Hakkulunun meyiti ötən gün tapılıb. Mustafa Hakkulunun ən yaxın dostu tərəfindən öldürüldüyü məlum olub. Hadisəni törədən İsa Dumlu canlı efirdə cinayəti boynuna götürüb. 

"Həyat yoldaşıma söz atdı, mən də öldürüb, meyitini körpüdən atdım", - deyə İsa Dumlu bildirib. 

Mustafa Hakkulunun bacısı canlı yayımda ağlayaraq huşunu itirib. İsa Dumlu dərhal İstanbul Asayiş Şöbə Müdirliyinə bağlı qruplar tərəfindən saxlanılıb.
 

 

Müge

Müge

Müge

Müge


Musavat.com