DƏHŞƏT! Yeniyetmələr törətdikləri qətli sosial şəbəkədə nümayiş etdirdilər – FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisə dünya mətbuatında geniş əks-səda doğurub.
Hurriyyet.az xarici mediaya istinadla xəbər verir ki, 13 yaşlı qız adları açıqlanmayan 15 və 16 yaşlı iki dostu ilə gəzintiyə çıxıb.
13 yaşlı Vasilisa Fjazova sosial şəbəkədə canlı yayımda dostları tərəfindən çəkiclə vurularaq öldürülüb.
Məlumata görə, 13 yaşlı qızın cansız bədəni meşəlik ərazidə basdırılıb.
Hadisə yerində araşdırmalarını artıran polis, sosial şəbəkədə şəxsiyyətlərini müəyyən etdikləri 16 və 15 yaşlı iki oğlanı həbs edib.
Onlar polisə ifadələrində sosial media üçün çəkiliş aparmaq üçün meşə ərazisinə getdiklərini bildirib.
15 yaşlı şübhəli digər yoldaşının hadisədən bir qədər əvvəl “sərin məzmun çəkəcəyik” dediyini, lakin Fjazovanı öldürmək niyyətinin olduğunu bilmədiyini bildirib. O, cəsədin basdırılmasına kömək etdiyini də etiraf edib.
Məlumata görə, iki şübhəli qurbanın telefonundan anasına yeni həyat axtarmaq üçün evdən getdiyini bildirən mesaj göndərdikdən sonra telefonu qırıblar.

Medianews.az