Dəhşətli qəzada xəsarət alan Xalq artistinin səhhəti barədə yeni MƏLUMAT
2023-04-01 22:26:00
Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə aktrisanın sənət dostu Turan Uğur məlumat verib.
Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur:
“Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir”.
Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.
