Dəhşətli raket zərbəsi: bina yerlə bir oldu, ölənlər var - FOTO
2022-07-18 14:09:00
Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərini atəşə tutması nəticəsində 6 nəfər həlak olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Telegram kanalında məlumat verilib.
Qeyd olunur ki, bu gün saatlarında Toretsk atəşə tutulub və mərminin düşməsi nəticəsində içərisində insanların olduğu ikimərtəbəli bina dağılıb.
“Axtarış-xilasetmə tədbirləri zamanı 5 nəfərin meyiti tapılıb. Dağıntılar altından çıxarılan 3 nəfərdən biri isə xəstəxanada ölüb”, - Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında deyilir.





Seçilmiş Zəngimcell