Dəhşətli sel: 29 ölü, 16 nəfər itkin düşdü, 4448 bina dağıldı
2023-08-12 10:08:00
Çinin şimalındakı Hebey əyalətinin Baodin şəhərində güclü yağışlar nəticəsində azı 29 nəfər ölüb.
Hurriyyet.az xəbər verir ki, yağışlar zamanı 16 nəfər itkin düşüb.
Məlumata görə, milyonlarla insan daşqınlardan zərər görüb və yüz minlərlə adam təxliyə edilib .
Daşqınlar nəticəsində 79 min hektar əkin sahəsinə ziyan dəyib, 4.448 bina uçub, 7.286 binaya ciddi ziyan dəyib.