📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dəhşətli yanğın statistikası - General açıqladı

2022-08-26 12:36:00

Dəhşətli yanğın statistikası - General açıqladı

Yanvarın 1-dən avqustun 25-nə qədər ölkədə 10 900 yanğın hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

General bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir:

“O cümlədən 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub”.

Yenicag.az