📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dekabr ayının pensiyası tam ödənildi

2022-12-15 20:00:00

Dekabr ayının pensiyası tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə dekabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Hurriyyet.Az xəbər verir ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin dekabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.